Azərbaycanda ağır qəza - piyada öldü - FOTOLAR
Hadisə
13:20 / 03.03.2024
13627
Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Sfera.az APA-ya istinadən bildirir ki, hadisə Bərdə Ağdam avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi 99-CC-602 dövlət qeydiyyat nişanlı "Ford" markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Kərimov Əzizi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Məqaləyə dair fotomateriallar: