Moda ikonası İris Apfel 102 yaşında vəfat etdi
Məşhur interyer dizayneri və moda ikonu İris Apfel Floridada 103 yaşında vəfat edib.
Sfera.az bildirir ki, məlumatı modelin ailəsi İnstaqramda təsdiqləyib.
Dizayner təqaüdə çıxmağı ölümdən də pis hesab edirdi, buna görə də son gününə qədər işləyib.
İris Apfel 29 avqust 1921-ci ildə Queens şəhərində yeganə uşaq olaraq anadan olub. 1950-ci ildən qadın tekstil biznesi ilə məşğul olub, sonra isə fəaliyyətini başqalarına dəyişib. 80-90-cı illərdə Afel dizaynda trendləri müəyyənləşdirrdi.
1948-ci ildə Apfel, “Old World Weavers” şirkətinin qurucusu Karl Apfellə evlənib. Onların evliliyi Karl 2015-ci ildə 100 yaşında dünyasını dəyişənə qədər davam edib. Cütlük heç vaxt övlad sahibi olmayıb.
"Mən 68 il evli oldum. Bu, çox uzun bir zamandır. Bu illəri biz demək olar ki,birlikdə keçirmişik. Bəzən mənə elə gəlirdi ki, biz bir əsrdir, birlikdəyik"- Apfel evliliyi haqqında deyirdi.
Moda ikonası işlədiyi müddətdə məşhur “Harper's Bazaa”, “L'Officiel”, “Elle”, “Vogue” şirkətləri ilə əməkdaşlıq edib. Son modellik müqaviləsini 97 yaşında imzalayan moda əfsanəsi əfsanəvi “Jimmy Choo” brendinin də siması olub. Brend Apfelə həsr olunmuş “İris” ayaqqabı modelini təsis edib. “Iris Accidental Icon” kitabının təqdimatı üçün Berqdorf Qudman onun “Barbie” versiyasını da yaradıb.
İris Afelinin İnstaqram profilində 3 milyon izləyicisi var. O, 100 yaşdan yuxarı bu qədər izləyicisi olan yeganə insan idi.
Aynil