\"Rusiya Ermənistanla münasibətlərə yenidən baxa bilər\" - Sergey Lavrov

\

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistanla münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə “Report”un sualını cavablandırarkən deyib.

 

“Ermənistan tərəfi KTMT-ni onu tək qoymaqda ittiham edir. Amma real işlər bunun əksini göstərir”, - nazir deyib.

 

S.Lavrov xatırladıb ki, rəsmi İrəvan KTMT müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsindən imtina edib.

 

“KTMT-nin İrəvanda keçirilən tədbirində gecə yarıyadək təşkilatın missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün mandatının formalaşması barədə sənəd üzərində iş aparılıb. Sənəd faktiki olaraq təşkilata daxil olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin birgə sənədi idi. Lakin buna baxmayaraq, səhəri gün Nikol Paşinyan bundan imtina etdi”, - S.Lavrov deyib.

 

Nazir qeyd edib ki, N.Paşinyan imtinaya səbəb kimi, KTMT-nin Azərbaycanı ittiham etməməsini gətirib.

 

“Amma bunun ardınca, çox qısa müddətdə Avropa İttifaqının sərhəddə missiyasına Ermənistan icazə verdi. Aİ də Azərbaycanı ittiham etməmişdi, amma ona etiraz etmədilər”, - rusiyalı nazir vurğulayıb.

 

O qeyd edib ki, rəsmi İrəvan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir.

 

“Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər”, - S.Lavrov bəyan edib.


OXŞAR XƏBƏRLƏR

FHN Salyandakı yanğınla bağlı məlumat yaydı

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. ...

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.   Sfera.az xəbər v...

Çirkli corab və çürük ət iyi gəlir: Sidneydə nadir “cəsəd çiçəyi” böyük maraq doğurub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində nəsli kəsilməkdə olan və çiçək açdıqda çürüyən ət iyi verən nadir bitki çiçək açıb. Bu təbiət möcüzəsini görməyə 20 mindən çox in...

Bomba partlatmaqla muzeydən qızıl dəbilqəni qarət etdilər

Hollandiyanın Assen şəhərindəki Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dacia krallığının qızıl sərgisindən bir neçə mü...

Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.   Sfera.az xəbər verir ki, bunu Uk...

Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kən...