Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ

Dar cins şalvarları qarderobunuzdan çıxarın - ZƏRƏRLƏRİ

Gözəl və zəif görünmə arzusu təəssüf ki, bəzən sağlamlıq problemlərinə gətirib çıxarır. Son dövrlərin dəbi sayılan dar geyimlər üzərində aparılan araşdırmalar bununla bağlı təhlükəli məqamlar ortaya çıxarıb. Aile.lent.az-ın məlumatına görə, mütəxəssislər aşağı belli və dar geyimlərin qasıq bölgəsində ciddi problemlər yaratdığını deyirlər. Belə ki, aşağı bel və dar şalvarlar qasıq bölgəsində sinir gərginləşməsinə səbəb olur. Bunun nəticəsində isə ayaqlarda hiss itkisi yaşanır.

 

Dəbi təqib etmək uğrunda əzab çəkən insanlar bud bölgəsində "meralgiaparesthetica” adı verilən sinir gərginləşməsi yaşayır. Bunun nəticəsində də ayaqların hiss etmə imkanı məhdudlaşır.

 

Ayaqlarını bir-birinin üstünə atan, dar şalvar geyinən insanlarda və şəkər xəstələrində "meraljiaparestetika” problemi müşahidə edilir. Ayaqlarda keylik, yanma və ağrı kimi əlamətlərlə özünü göstərir.

 

"Meraljiparestetika” beldən aşağı, qasığa doğru enən sinirin möhkəm şalvar, kəmər və ya korset ilə sıxışması nəticəsində yarana bilər. Bu sinir gərginləşməsi bud bölgəsində keyimə yaradır.

 

Dar geyimlər bədəndə qan dövranını pozur. Təbii ki, bunu bütün dar şalvar geyinənlərə şamil etmək olmaz. Bu, insanın əzələ quruluşu, toxuması və sinirlərin keçdiyi kanalın darlığına əsasən dəyişə bilər.(lent/az)


OXŞAR XƏBƏRLƏR

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...