Sankt-Peterburqa PUA hücumu oldu - FOTOLAR

Dünya
11:49 / 02.03.2024
21174
Martın 2-nə keçən gecə Rusiyanın Sankt-Peterburq şəhərində güclü partlayış baş verib.
Sfera.az “SHOT”a istinadən xəbər verir ki, sakinlər səmada mühərrikin səsini eşidiblər və daha sonra Piskarevski prospektində yaşayış binalarının üstündə güclü partlayış olub.
PUA-nın evlərin arasındakı həyətə düşdüyü iddia edilir. Yaxınlıqda olan evlərin və avtomobillərin fasadı xeyli zədələnib.Rusiya ictimaiyyətinin məlumatına görə, partlayışa görə yüzə yaxın insan təxliyə edilib. Tələfatın olmadığı bildirilir.
Başqa bir məlumata görə, PUA-ların göyərtəsində təxminən 3,5 kq partlayıcı olub.Ukraynanın əsas hədəfinin Ruçi neft anbarı olduğu ehtimal olunur. Zərərçəkən ev neft bazasından bir kilometr aralıda yerləşir.
Firuzə Əliyeva