60 milyon dollarlıq bu yaxta görənləri heyrətləndirir

60 milyon dollarlıq bu yaxta görənləri heyrətləndirir

Türkiyənin “Bilgin” gəmiqayırma zavodunda inşa edilən dəbdəbəli “Leona” yaxtası sosial şəbəkələrdə nümayiş olunub.


Sfera.az bildirir ki, türk gəmiqayırma zavodunda inşa edilən yaxta inanılmaz dərəcədə dəbdəbəli dekorasiyaya malikdir. Yaxtanın dəyəri təxminən 60 milyon dollardır, 2022-ci ildə müştəriyə təhvil verilib. Yaxtanın hansısa bir milyarder tərəfindən sifariş edildiyini bildirilsə də, sahibinin kim olduğu açıqlanmır. Bununla belə, Ceff Bezosun yaxtası indiyədək ən bahalısı olaraq qalır - onun dəyəri 550 milyon dollardır. Bu yaxta o qədər böyükdür ki, limanda yük gəmilərinin yanında dayanır.


Sosial şəbəkələrdəki paylaşımlarda izləyicilərə heykəllər və yunan üslublu elementlərlə bəzədilmiş hovuzu olan lüks yaxtanın pərdəarxası görünüşünü təqdim edib. Digər lüks şəraitə qəlyan salonu, piano barı və dəbdəbəli qırmızı məxmər kinoteatr otağı daxildir.


"Leona" yaxtasının interyeri mərmər kirəmitli döşəmələr və divarlarında oyma mərmər panellərdən ibarətdir.


Mərmərlər qızıl üzlüklərlə bəzədilib. Gəmidə hətta yanğın çuxuru, akvarium var və sahibin dəstinə küvet və spa hovuzu olan terras daxildir.


Dizaynerlər interyerə modelyer Roberto Kavallidən bir sıra əşyalar da əlavə ediblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR