Tommi Hilfiger bol cins şalvar sevənləri tənqid etdi

Məşhur 72 yaşlı amerikalı dizayner Tommi Hilfiger qadınlarda geniş cins şalvar görməyə nifrət etdiyini bildirib.
Sfera.az bildirir ki, Tommi Hilfiger bu fikirləri "Old Bags" mükafatlandırma zamanı səsləndirib.
"Düşünürəm ki, onlar qadınlarda dəhşətli görünürlər. Mən qadın fiquruna uyğun bir şey istəyirəm. Daha tonlanmış və qadına xas olmalıdır və ya ombalarda bir az daha sıx olmalıdır"- deyə dizayner bildirib.
Onun sözlərinə görə, son zamanlar əhali küçə modasını daha çox sevir.
"Nyu-Yorkda biz qara geyinməyi sevirik. Paltarlarım Florida, Kaliforniya və Texasda əslində daha yaxşı satılır. Bir çox turist isə Nyu-Yorkda paltarlarımı alır".
Hilfigerin cins şalvarla bağlı açıqlaması sosial şəbəkə istifadəçilərinin xoşuna gəlməyib və çoxları onu tənqid edib.
“Sən özün mavi məxmər kostyumlu kuklaya oxşayırsan, gülünc görünürsən!”, “Qadınların arxasını necə açdıqlarına nifrət edirəm, qadın modası həmişə kişilərin xoşuna gəlmək üçün yaradılıb, iyrəncdir və məni narahat edir”, “Yaxşı, mən də məxmər gödəkçəli kişilərə nifrət edirəm”-deyə istifadəçilər “əks hücuma” keçiblər.
İddialara baxmayaraq, Tommi qadınlar üçün geniş cins şalvar satır.
Qeyd edək ki, bu ilk dəfə deyil ki, Tommi atəşə tutulur. 2015-ci ildə 19 yaşlı Gigi Hadid Nyu York Moda Həftəsində Tommi Hilfigerin payız-qış şousunda iştirak edib. Qırmızı və gen paltoda podiumda görünən model kastinq rejissorunun bunun ona yaraşmadığını dediyini iddia edib.
İnsanlar şərhlərdə Tomminin Gigini alçaltmaqda ittiham etsələr də, model özü dizayneri müdafiə edib.
Aysel
Sfera.az