Navalnı dəfn edildi - FOTOLAR

Navalnı dəfn edildi - FOTOLAR

Rusiyalı müxalifətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskvada Borisov qəbiristanlığında keçirilib.


Sfera.az xəbər verir ki, o vaxta qədər onun cənazəsi kilsədə saxlanılıb.


“Navalni, Navalni!”, “Biz təslim olmayacağıq”, “Putinsiz Rusiya”. “Müharibəyə yox”- Moskvada müxalifət xadiminin cənazəsi cənazə maşını ilə kilsəyə gətirilərkən yüzlərlə vətəndaş bu və digər şüarlarla onu qarşılayıb.



Kilsə yaxınlığında asayiş keşikçiləri gücləndirilmiş nəzarət qurublar, həmçinin məbəddə audio və video çəkilişlərin qadağan olunması barədə xəbərdarlıq ediblər. Bundan əlavə, Kreml bugünkü icazəsiz toplantıların iştirakçılarının qanunla cavab verəcəkləri barədə xəbərdarlıq edib.



Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Rusiya həbsxanasında, ilkin versiyaya görə, qan laxtalanmasından dünyasını dəyişib. Onun ailə üzvləri, dostları və siyasi komandası Navalnının öldürüldüyünə və Rusiya hakimiyyətinin günahkar olduğuna əmindir.



Əzizə


OXŞAR XƏBƏRLƏR