COVID-19 IQ səviyyəsini AZALDIB - Qorxunc PROQNOZ

Sağlıq
18:05 / 01.03.2024
18059
Uzun müddət Covid xəstəliyi ilə mübarizə aparan insanlarda idrak qabiliyyətlərinin və IQ səviyyəsinin aşağı düşdüyü sübuta yetirilib.
Sfera.az xəbər verir ki, COVID-19-dan sonra uzun müddət fərqli simptomlarla özünü göstərən Long Covid kimi tanınan xəstəliklə bağlı yeni araşdırma aparılıb.
İngiltərədəki London İmperial Kollecinin tədqiqatçılarının etdiyi araşdırmaya görə, COVID-19-un beyin və yaddaşa təsiri olduğu müəyyənləşdirilib. Bildirilib ki, uzun müddət Covid olmuş şəxslərin IQ səviyyəsində 3 faiz geriləmə müşahidə olunub.
Qeyd edək ki, dünyada ən azı 65 milyon insan hələ də Covid ilə mübarizə aparır.
Ülkər Abdurahmanlı