Bu ölkələr arasında müharibə başlaya bilər – Politoloq AÇIQLADI

Bu ölkələr arasında müharibə başlaya bilər – Politoloq AÇIQLADI

İran qonşu Əfqanıstanla sərhəddə divar tikmək istəyir. İran rəsmiləri bunu onunla əsaslandırırlar ki, Əfqanıstandan miqrant axını azalmır və narkotrafik də öz işindədir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

“İran Əfqanıstanla sərhəddə müxtəlif terrorçu qruplarla üz-üzədir. Tehran bununla ona işarə edir ki, Taliban Əfqanıstan-İran sərhədinə ya nəzarət edə bilmir, ya da nəzarət etmək istəmir. Görəsən, Tehran qonşu ölkə ilə 920 kilometrlik sərhəddə divar tikmək üçün gərəkli maliyyəni hardan əldə edəcək? Bu milyardlarla dollar vəsait deməkdir, iqtisadiyyatı ağır günlər yaşayan İranın özünə əlavə valyuta lazımdır. Aydındır ki, İranın qonşu ölkələrlə sərhəddə ən gərgin vəziyyət Əfqanıstanladır”.

 

Politoloq qeyd edib ki, iki ölkə arasındakı sərhəddə ara-sıra toqquşmalar qeydə alınır.

 

“Talibanın silahlıları da İran sərhədçiləri ilə toqquşmalardan çəkinmirlər. İranın Əfqanıstanla başqa problemi də var. İran sərhəddəki su resurslarına çıxış əldə etmək istəyir. Taliban isə bunun əleyhinədir, çaylarda bəndlər tikir. Bu mövzuda Tehranla Kabil arasında danışıqlar nəticə verməyib. Bu o deməkdir ki, iki ölkə arasında gələcəkdə də toqquşmalar istisna deyil”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...