"Ermənistan tezliklə Dağlıq Qarabağdan çıxmalıdır, yoxsa..." - VİDEO

"Ermənistan tezliklə işğal etdiyi torpaqlardan çıxmalıdır".

Sfera.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, torpaqları işğal altında saxlamaqla nəyəsə nail olmaq olmaz.

"Türkiyə olaraq bu işğala qarşıyıq. BMT Təhlükəsizlik Şurasının qərarlarında da Ermənistanın işğalçı olduğu vurğulanıb. Bütün qərarlarda qeyd olunub ki, Ermənistan Dağlıq Qarabağı tərk etməli, hətta əldə olunan razılığa əməl edərək ətraf rayonlardan tezliklə çıxmalıdır. Torpaqlar əsl sahiblərinə qaytarılmalıdır. Həmin ərazilərin əsl sahibi isə Azərbaycan xalqıdır. Azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdır. ABŞ, Rusiya və Fransa bu məsələ ilə bağlı üzərlərinə düşəni etməlidir. Arzu edirəm ki, bu işğal bitsin və qardaşlarımız torpaqlarına qovuşsun".


OXŞAR XƏBƏRLƏR