"Fransızlar Ukrayna üçün ölməyəcək" -  Fransa XİN rəhbəri Makrona QARŞI ÇIXDI

“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

 

"Fransızlar Ukrayna üçün ölməyəcək. Biz qoşun göndərməyəcəyik",- o bildirib.

 

Qeyd edək ki, fevralın 26-da Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin Rusiya ilə münaqişədə Ukraynaya gələcək dəstəyini müzakirə etdiyi görüşdə Qərbin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi məsələsi qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Konfransdan sonra iştirakçı ölkələrin əksəriyyətinin nümayəndələri bildiriblər ki, onlar Ukraynaya qoşun göndərməyi planlaşdırmırlar və üstəlik, onlar Rusiyaya qarşı hərbi əməliyyatlarda iştiraka qarşıdırlar.

 

Firuzə Əliyeva



 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...