Azərbaycanda onlayn alış-veriş edənlərin SAYI ARTDI: ““Trendyol”, “Amazon”, “eBay”...” 

Azərbaycanda onlayn alış-veriş edənlərin SAYI ARTDI: ““Trendyol”, “Amazon”, “eBay”...” 

Mərkəzi Bankın məlumatına görə, ötən il elektron ticarətin dövriyyəsi təxminən 41 milyard manat olub.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladıb ki, ölkədaxili elektron ticarət əməliyyatların həcmi təxminən 39 milyard, ölkəxarici isə təxminən 2 milyard manat olub.

 

“Yəni, ötən il biz xaricdən onlayn formada 2 milyardlıq alış-veriş etmişik. Bunlar heyrətləndirici rəqəmlərdir. Cəmi 5 il öncə bu rəqəm ölkə üzrə 2 milyard olub. MB bildirir ki, son 5 ildə e-ticarət dövriyyəsi 20 dəfə artıb. Hətta cəmi 2 il öncə, 2021-ci ilin sonunda e-ticaret dövriyyəsi , ümumi ticarət dövriyyəsinin təxminən 0.6 %-ni təşkil etmişdi , yəni 7 milyard olmuşdu – iki ilə artım 6 dəfə olub. Amma burada bəzi anlaşılmaz və izahatına ehtiyac olan məqamlar da var. Xarici e-ticarət anlaşılandır, əsasən, “Trendyol”, “Amazon”, “eBay”, “Aliexpress”, “Alibaba” və s. platformaları üzərindən reallaşan onlayn alış-verişdir. Bəs daxili dövriyyədə əsas xüsusi çəki necədir ? Mərkəzi Bankın dedikləri ilə Statistika Komitəsinin e-ticarətin dövriyyəsinin hesablanması metodikası üst-üstə düşürmü?”.

 

Ekspert bildirib ki, e-ticarətin statistik göstəriciləri ilə bağlı metodikanın beynəlxalq normalara uyğunlaşdırılmasına ehtiyac var:

 

“Yeri gəlmişkən, qonşu ölkələrdə də bu istiqamətdə sürətli irəliləyiş müşahidə olunur. Məsələn, Qazaxıstanda cəmi 5 il öncə e-ticarət dövriyyəsinin xüsusi çəkisi 3-4% olmuşdusa, indi bu rəqəm 12.5 faizdir. Dünyada isə e-ticarət dövriyyəsi üzrə göstərici təxminən 15 -20 % ətrafındadır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...