Putindən Qərbə XƏBƏRDARLIQ: “Nüvə qüvvələri tam hazır vəziyyətdədir” 

Putindən Qərbə XƏBƏRDARLIQ: “Nüvə qüvvələri tam hazır vəziyyətdədir” 

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona cavab verib.

 

Sfera.az bildirir ki, o, Makronun “Lazım olarsa, Avropanın Ukraynaya qoşun göndərmək variantı var”, çıxışına reaksiya verib.

 

Putin xalqa müraciətində fikirlərini bu cür ifadə edib:

 

“Onlar Qərb hərbi birləşmələrinin Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqladılar. Bunun nəticələri çox faciəli olar. Qərb gec və ya tez başa düşməlidir ki, bizdə də nüvə silahı var. Bunu niyə başa düşmürlər? Rusiyanın nüvə qüvvələri tam hazır vəziyyətdədir. Ordumuz “Sarmat” qitələrarası ballistik raketi, nüvə enerjisi ilə işləyən “Burevestnik” raketləri və “Poseidon” nüvə pilotsuz təyyarəsi kimi güclü və yeni silahlara malikdir”.

 

Cəbhə xəttində olan Rusiya qüvvələrinin çox böyük döyüş təcrübəsi qazandığını bildirən Putin, sözügedən silahların bəzilərinin Ukraynadakı savaş meydanında da sınaqdan keçirildiyini bildirib. ABŞ-nin 1980-ci illərdə Sovetlərlə etdiyi kimi, indi də Rusiyanı silahlanma yarışına sürükləməyə çalışdığını qeyd edən Rusiya Prezidenti, Vaşinqtonun dialoq qurmaq cəhdlərini “ikiüzlülük” kimi qiymətləndirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...