Rusiya benzin ixracını dayandırır, Azərbaycana təsiri olacaqmı? - AÇIQLAMA

Rusiya benzin ixracını dayandırır, Azərbaycana təsiri olacaqmı? - AÇIQLAMA

Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına altıaylıq müddətə qadağa qoyacaq.

 

Bəs bu qadağanın Azərbaycandakı neft təchizatına təsiri necə olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Rusiyanın benzin ixracına qoyduğu 6 aylıq qadağanın Azərbaycanda benzin təhcizatına təsirlərini bilmək üçün son illərin idxal dinamikasına baxmaq lazımdır:

 

“Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40.2 min ton “Ai-95” markalı benzin idxal edib. Deməli, yuvarlaq götürsək, Rusiyadan idxal 2022-ci ildə 40%-dək, 2023-cü ildə isə 60%-dək azalıb. 

 

2023-cü ildə “Ai-92” markalı benzinin idxalı isə cəmi 17 min ton olmuşdur ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27%-nə bərabər olub".

 

Ekspertin sözlərinə görə, benzin idxalında da Rusiyadan asılılığın azalma dinamikası davam etdiyi üçün 2024-cü ildə daha az asılılığın olacağını deyə bilərik:

 

“Bu isə onu deməyə əsas verir ki, Rusyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq, ən azı ona görə ki, bizdən və Rusiyadan fərqli olaraq Ai-95 markalı benzin istehsal edib satmağa yer axtaran ölkələr çoxdur”.

 

Sonda E.Əmirov qeyd edib ki, rəsmi Moskva ixraca qadağa qoymasını kənar amillərlə əlaqələndirməyə çalışsa da, əsas səbəb sanksiyaların istehal və emal proseslərinə təsiridir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...