Sürücülərin NƏZƏRİNƏ: ““Tarqovı”ya giriş bağlana bilər”

Sürücülərin NƏZƏRİNƏ: ““Tarqovı”ya giriş bağlana bilər”

“Malakan bağı ətrafında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması gözlənilir”.

 

Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O qeyd edib ki, artıq belə bir layihə müzakirə olunur:

 

“Təsəvvür edin, pik saatlarda parkın ətrafında o qədər avtomobil hərəkət edir ki, hətta digər küçələrdə də sıxlıq yaranır. Məsələn, hər axşam Zərifə Əliyeva küçəsində - Sahil metrosunun ətrafında yaranan tıxac və sıxlıq “Tarqovı”ya maşınla gedənlərə görə yaranır. Oradan keçib Neftçilər prospektinə çıxaraq Azneft istiqamətində hərəkət edəndə yolun boş olduğunu görürür. “Tarqovı”ya cəmi bir zolaqla maşın yolu olsa da, 3 zolaqda dirənib bir küçəyə girməyə çalışan sürücülər yolu bağlayır və sola gedənlər üçün cəmi 1 zolaq qalır”.

 

Ekspert bildirib ki, avtomobillərin yaratdığı səs-küy parkdakı insanların, orada yaşayanların istirahətini mümkünsüz edir:

 

“Buna görə də ərazinin piyadalaşdırılmasına ciddi ehtiyac var”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...