Makronun qızı anasının münasibətindən hələ də əziyyət çəkdiyini AÇIQLADI - FOTO

Makronun qızı anasının münasibətindən hələ də əziyyət çəkdiyini AÇIQLADI - FOTO

Emmanuel Makronun ögey qızı ilk dəfə anasının Fransa prezidenti ilə qalmaqallı münasibəti haqqında açıqlama verib.


Sfera.az bildirir ki, Tiphaine Ozier anasının Fransa prezidenti ilə “qadağan olunmuş münasibətindən” hələ də əziyyət çəkdiyini deyib. O, həmçinin Bricitin kişi olaraq doğulduğuna dair qəribə şayiələri də rədd edib.
 

Tiphaine Ozier Bricitin Fransanın gələcək prezidenti olan tələbəsi ilə görüşdüyünü biləndə cəmi on yaşında olduğunu deyir. Bricitin Emmanuel ilə münasibəti başlayanda artıq üç övlad anası idi.


İlk romanını yenicə çap etdirən Ozier, bəzən jurnallarda Bricitin kişi olaraq doğulduğu barədə yayılan qəribə şayiələri də təkzib edib.


Bricit Emmanuellə o zaman hələ evli ikən münasibətə başlayıb. Üç azyaşlı övladları Fransanın şimalındakı Amiens şəhərində daimi “qadağan olunmuş münasibətlər” şayiələrinə dözməli olub.
 

"İnsan təbiəti haqqında çox şey öyrəndim. Bilirəm ki, belə məqamlarda tənqidi nəzərə almadan əsas şeyə diqqət yetirmək və irəli getmək lazımdır. O vaxtlar sosial şəbəkələr yox idi, amma biz elə bir vəziyyətdə idik ki, bunu sizə bir kəlimə ilə izah edəcəyəm: təsəvvür edin, kiçik bir əyalət şəhəri… Bu qədər… İnsanlar hər şeyi bilirdilər”.
 

Tiphaine Ozier, atası AndrE-Louis Ozierin 1994-cü ildə evi tərk etmək məcburiyyətində qalmasından xüsusilə üzüldüyünü bildirib. Atası, nəhayət rəsmi şəkildə Bricitdən 2006-cı ildə boşanıb.


"Ailə ayrılığı həm kədər, həm də fürsət ola bilər. Yenidən qurulmaq zənginləşmə ola bilər. İndi mənim sevimli öz və ögey atam var"- o deyib.
 

Atası, 2019-cu ildə 68 yaşında vəfat etsə də, Ozier onun haqqında həmişə indiki zamanda danışdığını açıqlayıb.


Tifaynin bacısı Laurens o zaman 17 yaşında və Emmanuel Makronun qrup yoldaşı olub. O zaman 19 yaşında olan qardaşı Sebastian da anasının münasibətinə görə çox gərgin günlər yaşayıb.


Yeni hüquqi romanı "Jüri" adlanan Tiphaine Ozier, sosial mediada Bricitin kişi olaraq doğulduğu iddialarından da əziyyət çəkdiyini deyib.
 

"Sosial şəbəkələrdə anamın kişi olması ilə bağlı şayiələr yayıldığını eşidəndə cəmiyyətin gələcəyi artıq məni narahat edir. Sosial şəbəkələrdə yayılan yanlış məlumatların qarşısını necə ala bilərik?"


Bricit Makron keçən il onun kişi olması barədə şayiələr yayan bir araşdırmaçı jurnalist barəsində məhkəməyə müraciət edib və qalib gəlib.


İxtisasca vəkil olan Tiphaine Ozier isə hazırda əri və iki uşağı ilə Calaisdə yaşayır. Bricit Makron və bankir Andre-Luis Ozierin üç övladı var: Sebastien (1975-ci il təvəllüdlü), Laurens (1977-ci il təvəllüdlü) və Tiphaine (1984-cü il təvəllüdlü). Sebastyan mühəndis, Lorens kardioloqdur. Bricitin hazırda yeddi nəvəsi var.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...