Rihanna toyda çıxış etmək üçün Hindistana getdi - FOTO

Rihanna Hindistanın ən varlı adamının oğlunun toydan əvvəlki şənliyində çıxış etmək üçün artıq Hindistana gəlib. Toy sahibi Mukeş Ambani daha əvvəl qızı İşanın toyunda çıxış etmək üçün Beyonseyə 6 milyon dollar ödəyib.
Sfera.az bildirir ki, Rihanna Hindistanlı milyarderin oğlu Anant Ambaninin toy öncəsi məclisində çıxış edəcək.
Anant Ambaninin gələcək toyu artıq ilin toyu adlandırılır. Toy özü yayda baş tutacaq. Toy öncəsi şənliklər isə yaya qədər davam edəcək. Şəhərdə 50 mindən çox insana yemək paylanacaq. Bundan sonra şənliklər başlanacaq. Rihanna toyöncəsi məclisdə çıxış etmək üçün artıq Jamnagara gəlib.
Üç gün davam edəcək şənlikdə Bollivud ulduzlarının, pop ikonlarının, zəngin insanların və siyasətçilərin iştirakı gözlənilir.
Şənlikdə çıxış edən 36 yaşlı Rihanna və onun sevgilisi A$AP Rocky artıq şəhərdədirlər. Şəhərdən çəkilmiş fotolarda məşhurlarım köməkçilərinin də oğlunun içində olduğu uşaq arabasını sürdüyü görünür. Rihannaya ödəniləcək məbləğ açıqlanmır. Qeyd edək ki, Ambaninin Beyonsu qızının 2018-ci ildə keçirilən toyuna dəvət etdiyi və dəvətlilər üçün özəl çıxışına 6 milyon dollar ödədiyi bildirilir.
Neft maqnatı “Reliance Industrie”nin sədri, 66 yaşlı Mukeş Ambani 114 milyard dollardan çox sərvəti ilə “Forbes Real-Time” Milyarderlər Siyahısına görə Asiyanın ən varlı adamıdır.
Çərşənbə axşamı Ambani və həyat yoldaşı Nita, oğulları Anant və nişanlısı Radhika Merchant ilə birlikdə Hindistanın qərbindəki Qucarat əyalətindəki Camnagar şəhərində kəndlilər üçün üç günlük şənlik təşkil ediblər.
Bir neçə firmanın idarə heyətinin direktoru olan 28 yaşlı bəy özəl səhiyyə şirkəti “Encore Healthcare”in baş direktoru milyarder Şri Viren Merchantın qızı 29 yaşlı Merchant ilə evlənəcək.
Xəbər verdiyimiz kimi, Rihannadan başqa dəvət olunanlar arasında illüziyaçı David Blaine və Bollivuddan Diljit Dosanjh çıxış edəcək. Qonaqlar arasında isə “Microsoft”un qurucusu Bill Qeyts, “Meta” rəhbəri Mark Zukerberq və Hillari Klinton da olacaq.
Dəvət olunanlar arasında həmçinin “Reliance Industries” və “Walt Disney” arasında Hindistan media bizneslərini birləşdirmək üçün razılaşmadan sonra dəvət edilən Disney rəhbəri Robert İger də var.
Həmçinin ABŞ-ın keçmiş prezidentinin qızı İvanka Tramp, eləcə də İsveçin keçmiş baş naziri Karl Bildt, Kanadanın keçmiş baş naziri Stiven Harper və Butan kralının da toya gələcəyi gözlənilir.
“Reliance” Fondu sosial mediada bildirib ki, Ambani ailəsi "Toy şənliklərinin mərkəzində Hindistanın zəngin mədəni və mənəvi kimliyini" qorumaq üçün Camnaqarda Hindu məbədi kompleksi tikir.
Bu həftə sonu Camnaqarda Anantın valideynlərinin evində təşkil edilən dəbdəbəli tədbirdə 1000 qonaq olacaq. Bu qonaqlara yemək üçün 21 aşpaz tutduqları bildirilir.
“The Times of India”nın yazdığına görə, dəbdəbəli “Jardin” otelinin aşpazları Yapon, Meksika və Tayland mətbəxindən 2500-dən çox yemək hazırlayıblar.
Toyda dəbdəbənin ilk işarəsi qonaqların dəvətnamələrinin zərif naxışlı və zərli “Dolce & Gabbana” qutusunda olması olub.
Hər bir nəfis çəhrayı rəngli bağlamanın içərisində toydan öncəki şənliklər zamanı baş verəcək hadisələrin təfərrüatlarını açıqlayan bir sıra dəbdəbəli kartlar da olub.
Aysel
Sfera.az