Kristina Aqilera uzun müddət sonra pərəstişkarlarını heyrətə saldı - FOTO

Kristina Aqilera uzun müddət sonra pərəstişkarlarını heyrətə saldı - FOTO

Amerikalı müğənni, bəstəkar, rəqqasə, aktrisa, prodüser və TV ulduzu Kristina Aqilera pərəstişkarlarını heyrətə gətirib.

Sfera.az xəbər verir ki, məşhur ulduz 18 kq-dan çox arıqlayıb. Məşhur qızı Summer Rain dünyaya gəldikdən sonra xeyli çəki atıb. Kiçik dəri şortikdə gözəl bədən quruluşunu nümayiş etdirən Aqilera xarici görünüşünü bəyəndiyini bildirib.


Müğənni “Charlie's Angels”in ulduzlarından olan Dryu Berrimorun tok-şousuna qonaq olub. Verilişdə o "diva olmaq”dan bəhs edən video paylaşıb. Kristinanın arıqlaması onun pərəstişkarlarını çox təəccübləndirib. Videoda Aqilera dəri şort və qara köynək geyinmiş, görünüşünü uzun qırmızı dəri çəkmələrlə tamamlamışdır.

Bir çoxları onun 1999-cu ildə debüt sinqlini buraxdığı zamankı kimi göründüyünü bildiriblər.


"Bu, 2000-ci illərdən Kristinasıdır... Eynən 17 yaşında olduğu kimi. Vay, o nə edib?",


"Kristina iki super gücə malikdir: güclü səs və qocalmamaq qabiliyyəti. O,çox gənc görünür"!


Bununla belə, bəziləri onun çox arıqladığını düşünüb, görünüşündən narahat olublar. Kristina öz növbəsində qeyd edib ki, o, heç vaxt "super arıq" olmayacaq, çünki qadın bədəninin təbii nahamarlıqlarını sevir. Eyni zamanda o, bədəni ilə bağlı üzləşdiyi tənqidlərə də münasibət bildirib. Kristina tənqidləri olduğu kimi qəbul etdiyini, kin qusanları isə bloklamağı öyrəndiyini bildirib.

"Eniş-yoxuşlardan keçdim. Bu yolda çox şeylə qarşılaşdım. Bir vaxtlar çox arıq idim, lağ-lağı obyektinə çevrildim. Çox kökəldim, bu dəfə də təhqir olundum. Çox kədərlənirdim, əhvalıma pis təsir edirdi. İndi isə işimlə bağlı tənqidləri istisna olmaqla, görünüşümlə bağlı kim nə yazsa, avtomatik olaraq bloklayıram. Yaş öz sözünü deyir. Bədənimi sevirəm. Bunu mənə insanlar öyrətdi"-deyə müğənni qeyd edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...