Gəncədə 64 yaşlı qadını yük maşını vurdu

Gəncədə 64 yaşlı qadını yük maşını vurdu

Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub.

 

Qadın ağır xəsarət alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR