“Linkin Park” mərhum solistinin vokallarından ibarət yeni mahnısını yayımladı - VİDEO

“Linkin Park” mərhum solistinin vokallarından ibarət yeni mahnısını yayımladı - VİDEO

“Linkin Park”ın mərhum solisti Çester Benninqtonun vokallarından ibarət "Friendly Fire" mahnısı işıq üzü görüb.


Sfera.az bildirir ki, yeni mahnı qrupun "Papercuts - Singles Collection 2000-2023" adlı yeni hit albomuna daxil ediləcək.


Mahnı 2017-ci ildə qeydə alınıb, lakin qrupun "One More Light" adlı albomuna daxil edilməyib. İndi həmin trek “Linkin Park”ın 20 ən böyük hitindən biridir. Bu trek "One More Light" (2017) albomu üçün hazırlıqlar zamanı yazılmışdır. Qrup dağılmazdan əvvəl bu albom yeddinci və sonuncu olub. s
Buna görə də sözügedən trek heç vaxt yayımlanmayıb.


Qrupun qalan üzvləri birləşərək bu mahnını bu ilin aprelin 12-də çıxması planlaşdırılan yeni albomun baş sinqlı etmək qərarına gəliblər. Onlar həmçinin arxiv studiyasında əvvəllər heç vaxt yayımlanmamış canlı görüntüləri özündə birləşdirən trek üçün video hazırlayıblar.

Qrupun gitaraçısı Bred Delsonun dediyinə görə, "Friendly Fire" həmişə onların sevimli mahnılarından biri olub, lakin onlar bunu heç vaxt alboma necə daxil edəcəklərini bilməyiblər.


Yeni mahnını “Linkin Park” üzvləri ən güclülərdən biri adlandırırlar.


Videoda qrupun yazıları və konsertlərinin arxiv görüntüləri var.


Xatırladaq ki, “Linkin Park” 1996-cı ildə yaradılıb. Dövrünün ən populyar qruplarından hesab olunur. “Hybrid Theory” (2000) albomu ona beynəlxalq şöhrət gətirib. Albom 32 milyon nüsxə tirajla bütün dünyaya yayılıb. Ümumilikdə isə qrup 100 milyondan çox albom satıb.


“Linkin Park” qrupunun müğənnisi Çester Benninqton isə 41 yaşında vəfat edib. O, 2017-ci il iyulun 20-də intihar edib. Musiqiçi Los-Ancelesdəki “Palo Verdes” iqamətgahında asılmış vəziyyətdə tapılıb. 11 illik həyat yoldaşı Talinda Bentley Benningtondan isə altı övladı var idi.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...