Kriptovalyuta dünyasının önəmli simalarından biri Con Makafi niyə intihar etmişdi?

Kriptovalyuta dünyasının önəmli simalarından biri Con Makafi niyə intihar etmişdi?

2021-ci ildə intihar xəbəri ilə bir anda dünya manşetlərinə çevrilən Con Makafini (Jhon MacAfee) aranızda tanıyanlar mütləq var...

O, indiyə qədər ən böyük antivirus şirkətlərindən birini qursa da, onu əfsanəvi edən bu olmayıb.
 

Sfera.az kriptovalyuta dünyasının önəmli simalarından biri Con Makafi haqqında yazı təqdim edir.


O, Belizdə yaşayırdı və narkotik və digər qanunsuz fəaliyyətlərlə məşğul olduğu iddia edilirdi. Bu, hekayənin yalnız yarısıdır.


İndi isə hər birinə bir-bir nəzər salaq: bu adam kim idi, nə edib, necə ölüb?

 

 

Con Makafi 1940-cı illərdə İngiltərədə anadan olub. Sonra ailəsi hələ gənc ikən Virciniyaya köçüb.

Əslində çox gənc yaşlarından onun həyatının çətin keçdiyini deyə bilərik. Atası alkoqolik idi və Conun cəmi 15 yaşı olanda intihar etmişdi.
Daha sonra Roanoke Universitetinə qəbul olan Makafi burada özü də bilmədən, spirtli içki vərdişini aldı.

Sahibkar olduğu üçün qapı-qapı jurnal satırdı. O, sadəcə bu üsulla kiçik bir sərvət qazanmışdı.
 

60-cı illərin sonlarında perfokart sistemlərini kodlayan bir şirkətdə işləməyə başladı. Bu, əslində ona proqramlaşdırmanın əsaslarını öyrətdi.

Öyrəndiyi hər şeydən istifadə edərək, “Missouri Pacific Railroad”da işə düzəldi və burada şirkətə yeni IBM kompüter sistemini tətbiq etməyə kömək etdi.
Bu müddət ərzində o, çox ağır narkotiklərdən istifadə etməyə başlayıb.

1970-ci illərdə Silikon Vadisinə köçdü və bu dövrdə texnologiya şirkətlərində (o cümlədən NASA-nın Kosmik Tədqiqatlar İnstitutunda) çox böyük işlərə imza atsa da, spirtli içki və narkotikdən qurtula bilmədi.


1983-cü ildə, yəni Makafi “Omex”də işlədiyi illərdə narkotikdən istifadənin və viski içməyin gündəlik rutinə çevrildiyini anlayanda kömək almaq istədi, lakin tənha olduğunu və qorxduğunu hiss etdi.

1980-ci ildə “Lockheed”də işləməyə başladı.

O dövrdə kompüter texnologiyası hələ yeni olduğu üçün 1986-cı ildə ilk dəfə kompüterlərə sıza biləcək virusların olduğunu görəndə onlarla mübarizə aparmaq üçün öz şirkətini qurdu.

 

 

Bu sayədə o, “McAfee Associates”qurmuş və 1980-ci illərin sonunda təqribi 5 milyon dollar qazanırdı. Demək olar ki, dünyanın bütün iri şirkətləri onun antivirus proqramından istifadə edir.

1992-ci ildə həyatımıza daxil olan Mikalancelo adlı virusun ortaya çıxması ilə “McAfee” həqiqətən populyarlığını artırdı.

O, bu virusun indiyə qədərki ən pis viruslardan biri olduğunu və 5 milyon insana zərər verdiyini bildirir. Təbii ki, o zamanlar antivirus proqramları insanların çox aldığı məhsullar deyildi, amma deyə bilərik ki, Mikelancelo sayəsində çox adam bu proqramlara axın etdi.


Yalnız on minlərlə kompüterin yoluxmasına baxmayaraq, Mikelancelo virusu “McAfee”ni ictimailəşdirməyə sövq etdi və onu çoxmilyonlarla dollarlıq biznesə çevirdi.




Ancaq daha yaxşı iş görmək üçün Con 1994-cü ildə şirkətdən ayrıldı. İki il sonra o, səhmlərini sataraq 100 milyon dollar gəlir əldə etdi.
İstefasından sonra “McAfee”nisbətən aşağı həyat səviyyəsinə keçdi.

Con gənc sahibkarlara məsləhətlər verməyə, Stenford Universitetində dərs deməyə, həmçinin öz layihələri üzərində işləməyə başladı. O, “PowWow” və “Tribal Voic adlı iki sosial şəbəkə layihəsi üzərində çalışsa da, onların heç biri gündəmə gəlməyib.
 

2008-ci ildəki iqtisadi böhrandan sonra onun 100 milyon dollarlıq sərvəti 4 milyon dollara düşüb. 2000-ci illərin sonunda evini satıb Belize köçmək qərarına gəldi. Orada o, antibiotik biznesinə girmək istəyirdi.

Mikrobioloq Allison Adonizionun köməyi ilə o, xəstəliklərlə mübarizədə bitkilərdən istifadə edən məhsul yarada biləcəyinə inanırdı. Şirkətin adı “Quorumex”dir.

 

Amma, Belizdə işlər bir az çətinləşib. O, hər gün Belizdəki “Lovers' Bar”a getməyə və bütün günü insanları izləməyə başlayıb.

O, get-gedə cəmiyyətdən təcrid olundu və şəhərdəki kasıbları müşahidə etmək həvəsinə düşdü. 6 ayın sonunda onun artıq cəmiyyətlə heç bir əlaqəsi yox idi.
 

 

2012-ci ildə o, qonşusu Qreqori Follun qətlinə görə mühakimə olunub. Makafi Beliz hökuməti tərəfindən sorğu-sual edildikdən sonra qaçıb.

Lakin o, Qvatemalada həbs edilib. Buna səbəb ondan müsahibə alan vitse-müxbirlərin təsadüfən Makafinin koordinatlarını paylaşması olub. Təbii ki, qısa müddət sonra Qvatemala polisi onu ölkəyə qanunsuz daxil olduğu üçün həbs edib. Uzun müddət ürəklə bağlı xəstəliklərdən əziyyət çəkən Makafi, nəhayət Amerikaya qayıdır.
 

Təbii ki, bütün bunlardan sonra o, yenidən böyük diqqət çəkdi. Hamı onun kim olduğunu, hara qaçdığını, dəli olub-olmadığını bilmək istəyirdi.
Yadınızdadırsa, o, 2013-cü ildə “McAfee Antivirusunu necə çıxarmaq olar” adlı qəribə video paylaşmışdı.

Videoda o, şirkətdən ayrıldıqdan sonra icad etdiyi, lakin qınadığı proqramı silməyə çalışarkən qadınların əhatəsində olduğunu izah edib. Videoda silah və narkotik istifadəsi ilə bağlı eyhamlar da var idi.


Həmin müddətdən sonra o, ictimai şəxsiyyət titulunu qazandı.

2014-cü ildə Los-Ancelesdə keçirilən DEF CON konfransında o, amerikalılara smartfonlardan istifadə etməmək barədə xəbərdarlıq etmişdi. O, tətbiqlərin məxfilik müqavilələrini oxumayan məlumatsız müştəriləri izləmək üçün belə bir üsuldan istifadə etdiyini iddia etdi.

 

2016-cı ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində idi, lakin namizədliyi Qari Consona uduzdu.

 

Lakin həmin il o, “MGT Capital Investments” şirkətinin baş direktoru oldu. Daha sonra Con Makafi “Global Technologies” olaraq yenidən aktivləşəcəyini açıqladı.
Tezliklə o və komandası Android əməliyyat sisteminin WhatsApp-dan şifrələnmiş mesajları oxuya biləcəyini başa düşdü.

2021-ci ildə Makafi və onun cangüdəni Cimmi Geyl insanları kriptovalyuta haqqında, xüsusən də “Twitter”də dolandırmaqda ittiham edildi. Onların bu üsulla investorlardan 13 milyon dollar çox qazandığı məlum olub.

İspaniyada da ona qarşı bir çox vergi işi açılıb.


2021-ci ildə Makafinin ABŞ-a ekstradisiyasına dair qərar qəbul edilib. Bundan dərhal sonra onun intihar xəbəri çıxıb.

Lakin bu xəbərdən dərhal sonra onun 2019-cu ildə göndərdiyi “İntihar etdiyimi desələr inanmayın” adlı tvitinin üstü açılıb:


“ABŞ rəsmiləri mənə: “Biz sənin üçün gəlirik, Makafi! “Səni özünü öldürməyə məcbur edəcəyik” kimi gizli mesajlar alıram. Hər ehtimala qarşı bu gün tatu etdirdim. Əgər intihar etdiyimi eşitsəniz, bilin ki, bunu mən etməmişəm. Sağ qolumu yoxlayın”.

 

 

Xanım

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...