Naomi Kempbellin multimilyonçu ilə sevgilidir? - FOTO

Britaniyalı supermodel Naomi Kempbellin özündən 10 yaş kiçik ərəb multimilyonçu ilə münasibəti barədə şayiələr yayılıb.
Sfera.az bildirir ki, çinli-yamaykalı Naomi Kempbellin bir neçə tədbirdə birlikdə göründükdən sonra kino prodüseri Məhəmməd Al Turki ilə yaxınlaşdığı bildirilir. 53 yaşlı model Məhəmməd Al Turki ilə çox vaxt keçirir. Onlar ilk dəfə 2021-ci ildə birlikdə görüntüləniblər.
Supermodel və 37 yaşlı səudiyyəli multimilyonçu sonuncu dəfə 2024-cü ilin fevral ayının əvvəlində BAFTA mərasimində birlikdə görüntülənib.
Cütlüyün qırmızı xalçada birlikdə poza verdiyi və gecə boyu bir-birinin yanında qaldığı bildirilir.
Qeyd edək ki, Naomi və Məhəmməd bir neçə ildir ki, yaxın dostdurlar.
Onlar 2023-cü il Kann Film Festivalı, 2022 və 2023-cü illərdə Paris Moda Həftəsi və Edvard Enninfulun doğum günü kimi bir neçə eksklüziv tədbir də daxil olmaqla bir çox tədbirdə bir-birinin yanında olublar.
Fransada Naominin 2023-cü il ad günü münasibətilə keçirilən xüsusi tədbirdə Məhəmməd düz onun yanında oturarkən görüntülənib.
Mənbələr Yaxın Şərqdə birlikdə çox vaxt keçirdikcə cütlüyün daha da yaxınlaşdığı və onlar arasında "qığılcım" olduğunu iddia edir.
"Naomi kiminlə ünsiyyətdə olduğu barədə çox seçicidir. Məhəmmədi də seçməsi təsadüfi deyil”- jurnalistlər bildirir.
Cütlüyü moda və sənət sevgisi birləşdirdiyi və çoxlu ortaq dostları olduğu bildirilir.
Mənbə əlavə edir: "Naomi Dubayda Məhəmmədlə birlikdə idi və o, indiyə qədər hələ belə xoşbəxt olmayıb”.
Qeyd edək ki, bir zamanların sex-bombası hesab edilən ulduzun iki övladı - bir qızı (2021) və bir oğlu (2023) var. Körpələrin surroqat ana vasitəsilə doğulduğu məlum olsa da, uşaqların atasının kimliyi barədə heç bir məlumat verilmir.
Aynil
Sfera.az