Bu il "Nobel" sülh mükafatı uğrunda 285 namizəd mübarizə aparır - SİYAHI

Bu il

Norveçdə payızda veriləcək 2024-cü il "Nobel" sülh mükafatı uğrunda 285 namizəd mübarizə aparır. 

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Norveç Nobel İnstitutunun bəyanatında deyilir.


Nüfuzlu mükafata 196 nəfərin və 89 təşkilatın namizədliyi irəli sürülüb. Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb və rekord rəqəm 2016-cı ildə qeydə alınıb: 376.

 

Müraciət edənlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə məxfi saxlanılır. Buna baxmayaraq, hər il bəzi namizədlərin irəli sürülməsi ilə bağlı mətbuatda namizədlik hüququ olan təşkilatlar və ya şəxslər tərəfindən məlumatlar yer alır. Onların arasında Norveç Nobel Komitəsinin keçmiş və hazırkı üzvləri və məsləhətçiləri, keçmiş sülh mükafatı laureatları, milli parlamentlərin üzvləri və tarix, fəlsəfə, hüquq, ilahiyyat üzrə ixtisaslaşmış universitet professorları var.

 

Bundan əvvəl dünya mediasında NATO-nun Baş katibi və Norveçin keçmiş Baş naziri Yens Stoltenberq, amerikalı milyarder İlon Mask, britaniyalı təbiətşünas Devid Attenboro, ABŞ-nin keçmiş prezidenti Donald Tramp, Roma Papası Fransisk və BMT Baş katibi Antonio Quterreşin namizədliyi haqqında məlumat yayılıb. 

 

Bundan əlavə, siyahıda Avropa Şurası, YUNESKO, Beynəlxalq Ədalət Məhkəməsi (BMT), ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi və s. var. 


Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...