Tanınmış aparıcı dələduzluğa məruz qaldı - FOTO

Maqazin
16:20 / 29.02.2024
9636
Tanınmış aparıcı Ali İhsan Varol internetdən alış-veriş edərkən dələduzluq faktı ilə üzləşib.
Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək pullarının mənimsənildiyini bildirib.
Aparıcı qeyd edib ki, alış-veriş etdiyi mağazanın ünvanı boş torpaq sahəsidir. “Hər yerə şikayət etmişik, amma sayt hələ də aktivdir”.
Qeyd edək ki, bu post daha sonra naməlum səbəbdən silinib.
Ülkər Abdurahmanlı