"Azərbaycanda məktəblilərin siqaretçəkmə halları sıfır faizdir" - RƏSMİ

"Şagirdi məktəbdən çıxarmaq çıxış yolu deyil".

 

Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

"Məktəb şagirdi bacara bilirsə, islah etməlidir. Məktəbin qapalı tədris müəssisələri var, lakin bizdə yoxdur. Şagird cinayət törədibsə, iş düşmürsə, valideynin icazəsi ilə qapalı tədris müəssisəsinə yönləndirilə bilər. "PISA 2018"in şagirdlərin qısnamaya məruz qalması istiqamətində araşdırmasına görə, Azərbaycan üzrə sorğuda iştirak etmiş şagirdlərin  21-i təcridolunma, 21-i ələsalma, 20-si qorxutma, 21-i şəxsi əşyalara zərər vermə, 22-si fiziki təmas, 23-ü isə neqativ yayınma halları ilə üzləşir. Elə ölkə yoxdur ki, orada bullinq olmasın. Azərbaycanda hər 5 uşaqdan biri qısnama ilə üzləşir. Lakin bu, bütün dünyada var. Ölkəmizdə məktəblilərin siqaretçəkmə halları isə demək olar, sıfır faizdir".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...