GSM “Gənc Liderlər İnkişafda” proqramına yekun vuruldu

GSM “Gənc Liderlər İnkişafda” proqramına yekun vuruldu

GSM (Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi) həyata keçirdiyi “Gənc Liderlər İnkişafda” proqramı çərçivəsində müxtəlif rəqəmsal resurslardan istifadə edərək Bakı, Lənkəran, Gəncə və Yevlax şəhərlərində yaşayan bir sıra gəncləri onlayn karyera planlaşdırması və inkişafı proqramına cəlb etmişdir.

 

Sfera.az xəbər verir ki, on iki ay davam edən proqramın əsas məqsədi gəncləri iş dünyası ilə tanış etmək, fərdi peşəkar inkişaf planının tərtibi, iş axtarma yolları, müsahibə mərhələsinə hazırlıq, gələcək peşə və bacarıqlara dair aydın təsəvvür formalaşdırılmasına imkan yaratmaqdır. Ümumilikdə yuxarıda adları qeyd edilən şəhər və rayonlardan 14-24 yaş arasında olan 321 nəfər gənc beş moduldan ibarət olan təlim proqramına cəlb edilmişdir.

 

Təlimdən faydalanan gənclər öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmaq, peşəsi ilə bağlı ehtiyaclarını müəyyən etmək, şəxsi inkişaf istiqamətlərini analiz etməklə özünə uyğun karyera qurmaq, praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirmək üçün bilik və bacarıqlar əldə etmişdir.

 

Bununla yanaşı, təlim çərçivəsində gənclərə əsas karyera məqsədlərini müəyyən etmək, karyera inkişafı üçün lazım olan məlumatlara yiyələnərək özünə karyera planı qurmaq, təhsilini başa vurduqdan sonra iş axtarmaq, işə qəbul üsulu və mərhələlərinə bələd olmaq, CV yazılma qaydasını öyrənmək, müsahibə şərtləri ilə tanış olaraq peşəsi üzrə mövcud addımları atmaqda metodiki kömək göstərilmişdir.

 

Nəticə olaraq, Karyera Planlaşdırması təlimi karantin qaydalarının sərt olduğu dönəmlərdə gəncləri bir araya gətirərək distant təhsilin əhəmiyyətini göstərməyə və distant təhsilə cəlb olunmağa da kömək etmişdir.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...