Həkimi Baydenin vəziyyətini AÇIQLADI: "Məhz bu xəstəlik..."

Həkimi Baydenin vəziyyətini AÇIQLADI:

ABŞ Prezidenti Co Bayden bu yaxınlarda tibbi müayinədən keçib.

 

Sfera.az bildirir ki, terapevt Kevin O'Konnor dövlət başçısının vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Bununla belə, həkim Baydenə yuxu zamanı baş verən "obstruktiv apne" diaqnozunun qoyulduğunu qeyd edib.

 

“Məhz bu xəstəlik yaddaş problemlərinə səbəb olur”, - o bildirib.

 

Həmçinin Baydendə onurğa artriti, hiperlipidemiya və mədə-bağırsaq xəstəlikləri aşkar edilib. O'Konnor Ağ Ev rəhbərini yaşına görə kifayət qədər sağlam və güclü insan hesab etdiyini vurğulayıb.

 

“NBC News”un sorğulara istinadən yaydığı məlumata görə, seçicilərin dörddə üçü prezidentin yaşı və vəzifəyə uyğunluğundan narahatdır. Baydenin səhhəti ilə bağlı hesabat onun yaşı və idrak qabiliyyətinin sual altında olduğu bir vaxta təsadüf edib.

 

“Məsələ burasındadır ki, ölkənin ən yaşlı prezidenti yenidən prezidentliyə namizədliyini irəli sürür. Doktor O'Konnor tərəfindən nəşr olunan xülasə uzun və ətraflı araşdırmanı əks etdirir. Lakin prezident, onun müşavirləri və 20 həkimdən ibarət komanda son nəticədə Baydenin idrak qabiliyyəti haqqında ətraflı məlumat verməkdən imtina etdilər”, - “The Washington Post” qəzeti əlavə edib.

 

“The Wall Street Journal” isə yazıb ki, prezidentlərin tibbi müayinəsi həmişə bütün reallığı izah etməyə bilər:

 

“Bu, yalnız dövlət başçısının səhhətinin vəziyyəti haqqında təsəvvür yaradır. Tam mənzərənin üzə çıxarılması Baydenin təhlükəsizliyini təhdid edə bilər. Müayinədən sonra dövlət başçısının həkimi əvvəllər olduğu kimi jurnalistlərlə konfransa gəlməyib”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...