“Əgər göstəriş versələr, gedərik” - Rusiya rəsmisindən Ukrayna ilə bağlı AÇIQLAMA

“Əgər göstəriş versələr, gedərik” - Rusiya rəsmisindən Ukrayna ilə bağlı AÇIQLAMA

Rusiya nümayəndə heyəti müvafiq göstəriş veriləcəyi təqdirdə Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır.

 

Sfera.az xəbər verir ki, bu barədə "Şot" a Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski bildirib.

 

“Əgər bizə göstəriş versələr, gedərik”,- o qeyd edib. 

 

Bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Rusiya və Ukraynaya danışıqlar platforması təklif etdiyini xatırladıb.  Ərdoğan vurğulayıb ki, hər iki tərəfin danışıqlarda iştirakı Ukraynada sülh təşəbbüslərinin uğuru üçün zəruri şərtdir. Türkiyə prezidenti bu bəyanatı Albaniyada Ukrayna-Cənub-Şərqi Avropa sammitində səsləndirib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR