İsrailin Finlandiyadakı səfirliyi vandalizmə MƏRUZ QALDI
Siyasət
13:55 / 29.02.2024
5718
İsrailin Finlandiyadakı səfirliyi vandalizmə məruz qalıb - diplomatik missiyanın qapılarına qırmızı boya atılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Helsinki polisi səfirliyə qarşı vandalizm aktının həyata keçirildiyini təsdiqləyib. Qeyd edilib ki, hadisənin fevralın 28-də, səhər saatlarında baş verdiyi güman olunur.