Qəzzada ölənlərin sayı 30 mini ötdü

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudranın açıqladığı məlumata görə, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar zamanı ölənlərin sayı 30 mini ötüb.
Sfera.az xatırladır ki, İsrail Qəzza zolağında əməliyyatlara 2023-cü ilin oktyabrın 7-də başlayıb. İsrailin əməliyyatlara başlamasına səbəb Qəzzada siyasi hakimiyyətə sahib olan HƏMAS silahlılarının İsrailə hücum etməsi və bu hücüm zamanı çoxlu sayda hərbçi və mülki şəxslərin öldürülməsi və əsir götürülməsidir.
İsrail dövləti Qəzzada HƏMAS-ın hakimiyyətinə son qoyulana və regiona nəzarəti təmin edənə qədər əməliyyatları davam etdirəcəyini bəyan edib.
Qəzzada çoxlu sayda insan ölümünə səbəb isə ərazinin kiçik olmasına baxmayaraq, burada 2 milyondan artıq insanın məskunlaşmasıdır.
Vasif