Rusiya türk gəmisini vurdu

Rusiya türk gəmisini vurdu

Fevralın 27-də Rusiya raketləri türk gəmisini vurub. Bu barədə “Dəniz İşçiləri” dənizçilərə dəstək platforması X sosial şəbəkəsində məlumat yayıb.
 

Sfera.az xəbər verir ki, gəmi iki ildir ki, Ukraynanın Xerson limanında dayanmışdı.
 

Qeyd edək ki, vurulan “KURUOĞLU-3” yük gəmisi İstanbul Kuruoğlu Denizcilik şirkətinə məxsus olub. Qara dənizdə mina təhlükəsi səbəbindən o, 22 fevral 2022-ci ildə Ukraynanın Xerson limanına yanalmışdır.
 

“KURUOĞLU-3” yük gəmisi 2 min 800 ton azot gübrəsi daşıyıb.
 

Məlumata görə, gəminin göyərtəsində 2 min 800 ton azot gübrəsi - toplu karbamid olub. Ekipaj üzvlərinin sayı və hazırda hansı vəziyyətdə olduqları barədə məlumat yoxdur.
 

Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin daha əvvəl “Telegram”da gəminin vurulması barədə təfərrüatlarsız qısa məlumat vermişdi.


Öz növbəsində, “Ambrey” dəniz təhlükəsizliyi şirkəti bildirib ki, son iki il ərzində Ukrayna limanlarında ilişib qalan çoxsaylı gəmilər vurulub və ya zədələnib.
 

2023-cü il noyabrın 8-də ruslar Odessadakı limanlardan birinə zərbələr endirib. Bu zaman estakada dayanmış Liberiya bayrağı altında üzən mülki gəmi vurulub. Gəmi Çinə dəmir filizi daşımalı idi.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...