“Mən qocalmıram” - Madonna yeni reklamla onu tənqid edənlərə cavab verdi

“Mən qocalmıram” - Madonna yeni reklamla onu tənqid edənlərə cavab verdi

65 yaşlı amerikalı müğənni, rəqqasə və prodüser Madonna Braziliyanın “Itau” bankının yeni reklamında rol alıb. Reklamda Pop-diva çox gözəl və gənc görünüb.
 

Sfera.az bildirir ki, son zamanlar Pop-diva yaşına görə tənqidlərə məruz qalır. Reklam onun indi daha gənc göründüyünü göstərir.Pop Kraliçası çox gözəl bir nümunə təqdim edib. O, uzun qara qatlı, qısa dəri ətək, dəri korset və əlcək geyinib. Ayağında qeyri-adi hündürdaban çəkmələri olan Madonna görünüşünü barokko üslubunda dəbdəbəli mirvari boyunbağı ilə tamamlayıb. Kadrlarda o, Parisdəki “Palais Garnier”dəki kral pilləkənlərini qalxır.


Videoda Madonnanın dərisinin parıldadığı və düz sarı saçlarının gözəllik saçaraq zamana meydan oxuduğu görünür.
 

Madonna yazıb: "Bu video braziliyalı azarkeşlərimə sevgi və sədaqətlərinə görə təşəkkür etmək üçün çəkilib. “Bank Itau” və komandamın sonsuz dəstəyi olmadan bu video ərsəyə gəlməzdi".


O, həmçinin özünün tənqidçilərinə belə cavab verib: "Məni Pop Kraliçası adlandırırlar. Bilirəm ki, bu, tərifdir, amma monarxiya keçmişdə qalıb".
 

Tənqidçilərə müraciət edən müğənni əlavə edib:
 

"Bu, doğru deyil. Mənim yaşım yoxdur. Mən hər yaşdayam. Bu planetdə yaşadığım illərin sayını deyil, nailiyyətlərimi sayın. Hər dəfə özümü yenidən kəşf edirəm. Məni mən edən də məhz budur”.
 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...