Kanye Uest yeni albomuna görə məhkəməyə verildi

Xəbər verdiyimiz kimi, mərhum müğənni Donna Summerin ailə üzvləri reper Kanye Uesti "I Feel Love" mahnısını “Vultures” albomunda icazəsiz istifadə etdiyinə görə məhkəməyə verir.
Sfera.az bildirir ki, iddianı ailənin vəkil Larri Steyn reperin özünə, səsyazma şirkəti, albomun həmmüəllifi Ty Dolla $ign və onun buraxılmasında iştirak edən digər şəxslərə qarşı qaldırıb.
Qeyd edək ki, bu, Kanye Uestin mahnı oğurluğunda ittiham olunduğu ilk hal deyil. Ozzy Osbourne daha əvvəl oxşar bəyanatla çıxış etmişdi.
İddiaçılar deyirlər ki, West orijinal əvəzinə “I Feel Love” mahnısının melodiyasına bənzər bir səsdən istifadə edərək mahnının oğurluq olmadığını iddia etməyə çalışıb. Buna baxmayaraq, iddiaçı tərəf bunun müəllif hüquqlarının pozulması olduğunu iddia edirlər.
2012-ci ildə ağciyər xərçəngindən vəfat edən müğənninin qohumları mahnını silmək üçün musiqi yayım xidmətləri ilə əlaqə saxlayıb. Sonda albom hər yerə "Good" (“Don't Die") olmadan yeni versiyada yüklənib. Bununla belə, iddiada mahnının milyonlarla dəfə yayımlanaraq mərhumun varislərinə ziyan vurduğu iddia edilir.
İndi ailə böyük zərərin ödənilməsini və oğurluq mahnının daha da yayılmasının qarşısını almaq üçün məhkəmə əmri tələb edirlər.
Qeyd etdiyimiz kimi, Kanye Uest daha əvvəl Ozzy və Sharon Osbourne tərəfindən yazılmış “Black Sabbath” mahnısını oğurlamaqda günahlandırılmışdı. Onlar trekin istifadəsinə icazə vermədiklərini bildiriblər.
Kanyenin “Vultures” albomu isə qısa müddətə “Apple Music” və “iTunes”dan silinib. Həmçinin, distributor şirkət Kanyenin albomu platformalara icazəsiz yüklədiyini iddia edib.
Aynil
Sfera.az