Aylarla özünü xəstəxanada tibb bacısı kimi göstərdi

Aylarla özünü xəstəxanada tibb bacısı kimi göstərdi

Şotlandiyanın İnverklid şəhərindən olan 28 yaşlı Li Vuds adlı gənc oğlan özünü tibb bacısı kimi təqdim edərək Qlazqodakı Kraliça Elizabeth Universitetinin xəstəxanasına qanunsuz daxil olub.
 

Sfera.az bildirir ki, Li Vuds Britaniya milli səhiyyə sisteminin forması geyinərək, xəstəxanaya daxil olub.


İstintaqın müəyyən etdiyi kimi, 2023-cü ilin martından iyul ayına qədər Vuds tibb müəssisəsinin müxtəlif şöbələri, xüsusən də uşaq təcili yardım şöbəsi və reanimasiya şöbəsi arasında sərbəst hərəkət edib. Adam işçilərlə sərbəst ünsiyyət qurub. O, xəstəxananın həqiqi işçilərindən biri tərəfindən fırıldaqları ifşa olunana qədər dezinfeksiyaedici vasitələrin olduğu yerə də rahat daxil ola bilib.
 

Müttəhimlər kürsüsündə şübhəli ictimai asayişi pozmaqda günahını etiraf edib. Hakim Alan Mackay üç aylıq şərti cəza və psixoloji müayinədən keçmək qərarı verib. Həmçinin ona tibb işçisi kimi görünmək, uyğun paltar geyinmək və ya xəstəxanada işləmək “təcrübəsi” haqqında tanımadığı insanlara danışmağı qadağan edib. Bu şərtləri pozduğuna görə isə Vuds həbslə üz-üzədir.

 

Dindirmə zamanı fırıldaqçı xəstəxanada könüllü olduğunu və burada qalmaq hüququna malik olduğu barədə israr edib. Hakim onun bütün arqumentlərini rədd edib. Bundan əlavə, müttəhim üzərində saxta sənədlər, uniformalar və digər əşyaların olmasının səbəblərini heç cür izah edə bilməyib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR