Azərbaycanda ən kiçik ailələr bu regionlardadır - SİYAHI

Azərbaycanda 2023-cü ilin sonuna olan məlumata əsasən, ev təsərrüfatlarının orta ölçüsü 4,23 nəfər olub.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda ən böyük ev təsərrüfatları Mil-Muğan regionunda (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları), Şirvan-Salyan regionunda (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) və Dağlıq Şirvan regionundadır (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları). Bir ev təsərrüfatının ölçüsü Mil-Muğanda 4,92 nəfər, Şivan-Salyanda 4,87 nəfər, Dağlıq Şirvanda 4,71 nəfərdir.
Ən kiçik ev təsərrüfatları isə Naxçıvan Muxtar Respublikasında (3,74 nəfər) və Bakı şəhərindədir (3,8 nəfər).
Bakı və Naxçıvanda ev təsərrüfatlarının kiçik olması uşaqların sayının az olması ilə bağlıdır. Naxçıvanda bir ev təsərrüfatında orta hesabla 0,4 uşaq, Bakıda 0,9 uşaq var.
Qeyd edək ki, ev təsərrüfatı dedikdə xərcləri ayrı olan ailələr və tək yaşayan şəxslər nəzərdə tutulur.
Vasif