Navalnının dəfn olunacağı tarix və yer MƏLUM OLDU

Dünya
17:37 / 28.02.2024
9647
Bu il fevralın ayının 16-da cəza çəkdiyi müəssisədə ölən Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının dəfn yeri və dəfn olunacağı tarix məlum olub.
Sfera.az xəbər verir ki, Navalnı martın 1-də Moskvada keçiriləcək mərasimdən sonra dəfn olunacaq.
Mərhum siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib ki, Navalnının dəfn mərasimi martın 1-də saat 14:00-da Maryinodakı kilsədə keçiriləcək və o, Borisov qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, bir müddət öncə Navalnının anası Rusiya dövlət başçısına müraciət edərək oğlunun nəşinin ailəsinə təhvil verilməsini və dəfninə şərait yaradılmasını istəmişdi. Bu müraciətdən qısa müddət sonra Navalnının nəşi yaxınlarına verilib.
Vasif