Bayden müsəlman seçicilərin inamını qazana bilmədi - Praymeriz NƏTİCƏLƏRİ

ABŞ-nin Miçiqan ştatında praymerizi Demokratlardan Co Bayden, Respublikaçılardan Donald Tramp qazanıb.
Sfera.az xəbər verir ki, amerikalı müsəlmanlar Bayden üçün "qərarsız" variantının lehinə səs verərək Qəzzaya qarşı aparılan siyasətə reaksiya verdiklərini bildiriblər.
Səslərin sayıldığı seçkilərdə Demokrat namizədlər arasında Bayden 81,3 % səs toplayaraq seçkilərdə qalib gəlsə də, "qərarsız" səs faizi 12,8 faiz qeydə alınıb.
Baydenin Qəzzaya qarşı siyasətinə reaksiyasını seçkidə nümayiş etdirmək üçün səfərbər olan Miçiqandakı müsəlman və ərəb icması ştatdakı praymerizdə 75 mindən çox "qərarsız" səs verib.
Seçkiləri qeyri-müəyyən nəticələrə görə irəlidə başa vuran Bayden açıqlamasında seçicilərinə təşəkkür edib və "qərarsız" səslərlə bağlı səssiz qalıb.
Trampın qisas almağa çalışdığını vurğulayan Bayden, “Donald Tramp bizi keçmişə sürükləməklə hədələyir”, - deyib. Tramp isə öz növbəsində seçicilərinə təşəkkür edib və gözlədiyindən daha çox səs aldığını bildirib.
O, prezident seçkilərində qalib gələcəyini bəyan edib: "Miçiqanda qalib gəldik. Biz hər yerdə qazanarıq".
Əksəriyyəti gənc ərəb və müsəlmanlardan ibarət olan demokratları “qərarsız” səs verməyə çağıran “Miçiqana qulaq asın” ("Listen to Michigan") kampaniyasının lideri Layla Elabed açıqlamasında səslərin gözləntiləri üstələdiyini və uğurlu kampaniya apardıqlarını bildirib.
Layla Elabed "Biz Fələstinin tərəfdarlarıyıq və prezident Baydenin hərəkətə keçməsini tələb edirik. Daimi atəşkəsi təmin edin və silah yardımınızı dayandırın" şəklində çağırış edib.
Xatırladaq ki, 2020-ci il ildəki prezident seçkilərində Bayden təxminən 150 min səs fərqi ilə Miçiqanda qalib gəlmişdi.
Əzizə