ABŞ-nin bu ştatında fövqəladə vəziyyət ELAN EDİLDİ

ABŞ-nin bu ştatında fövqəladə vəziyyət ELAN EDİLDİ

ABŞ-nin Texas ştatının qubernatoru Qreq Ebbot meşə yanğınları ilə əlaqədar ştatın 60 əyalətində fövqəladə vəziyyət elan edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə qubernatorluğun saytında məlumat verilib.

 

Yaxın günlərdə yanğının yayılma riski arta bilər. Ebbott yanğınların səbəbini küləkli və quru hava ilə əlaqələndirib.

 

Ən böyük meşə yanğını Hatçinson qraflığında baş verib. Hələlik itkilər barədə məlumat verilmir. 

 

Bildirilib ki, yanğın səbəbindən “Pantex” nüvə silahları yığma zavodu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR