Süni intellekt depressiyanı aşkar edə biləcək - Yeni smartfon proqramı hazırlandı

Süni intellekt depressiyanı aşkar edə biləcək - Yeni smartfon proqramı hazırlandı

Elm adamları depressiyanı aşkar edən yeni smartfon proqramı hazırlayıblar.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, tətbiq insanın depressiyaya düşüb-düşmədiyini müəyyən etmək üçün onun baxışları, göz hərəkətləri və başını necə əyməsi kimi üzündəki mikro dəyişiklikləri qiymətləndirmək üçün süni intellektdən istifadə edir.

 

Milli Sağlamlıq İnstitutları tərəfindən maliyyələşdirilən proqram istifadəçinin üz ifadələrində hansısa əlamət aşkar edərsə, ön kamera ilə fotoşəkillər çəkir və xəbərdarlıq göndərir.

 

Araşdırmaya görə, proqram depressiyada olan insanları 75 faiz dəqiqliklə təsbit edir. Tərtibatçılar bildirib ki, daha çox araşdırmaya ehtiyac olsa da, tətbiq beş ilə kimi ictimaiyyətə təqdim edilə bilər. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...