Qərbin artan NARAHATLIĞI: “Ermənistan yenidən təxribatlara əl ata bilər” - AÇIQLAMA 

Qərbin artan NARAHATLIĞI: “Ermənistan yenidən təxribatlara əl ata bilər” - AÇIQLAMA 

“Qərb Azərbaycana qarşı çox ədalətsiz mövqedən yanaşaraq Ermənistanı dəstəkləyir”.

 

Bunu Sfera.az-a açıqlamasında deputat Azər Badamov deyib. Müsahibimizin sözlərinə görə, bu proses Cənubi Qafqaz regionuna sülh və əməkdaşlığın gəlməsinə mane olur:

 

“Azərbaycan-Ermənistan münasibətlərində yaranmış bütün gərginliklərin yeganə səbəbkarı Ermənistandır. Belə ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladı, soyqırımlar törətdi, yaşayış məntəqələrini dağıtdı və 1 milyondan çox dinc insanı məcburi köçkün və qaçqın həyatı yaşamasına məcbur etdi. Azərbaycan bu ədalətsizliklərə dözə bilməzdi və ona görə də öz gücü ilə 44 günlük Vətən müharibəsi və keçən ilin sentyabr tədbirləri ilə bütün ərazilərində suverenliyini bərpa etdi. Amma Ermənistan və onun ağaları Azərbaycanın öz pozulmuş hüquqlarının bərpasını və Zəfərini heç cürə həzm edə bilmir. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılması ilə bağlı hər hansı bir razılıq əldə olunan kimi Qərb narahat olmağa başlayır”.

 

Millət vəkili qeyd edib, dövlət başçılarının Münhen görüşündən sonra Makronun Paşinyanı dərhal öz yanına çağırması və təlimatlarını verməsi bu narahatlığın göstəricisidir:

 

 

“Buna paralel olaraq müdafiə nazirini də silahlarla bir yerdə İrəvana göndərərək bu ölkənin yenidən silahlandırılması və müharibəyə hazırlanması, planların göstəricisidir. Fransanın hərəkətləri onu göstərir ki, Ermənistanı yenidən müharibəyə təhrik etməklə regionda möhkəmlənmək istəyir. Təbii ki, son günlər baş verən hadisələrin dinamikası Ermənistanın yenidən təxribatlara əl atacağını deməyimizə imkan verir. Amma biz hər zaman erməni təxribatlarına cavab vermək üçün hazır vəziyyətdəyik. Ölkəmiz sülh istəyir, amma qarşı tərəf müharibəyə üstünlük verərsə, biz buna da hazır olmalıyıq. Ona görə də ordumuzun gücləndirilməsinin davam etdirilməsi qarşımızda duran başlıca vəzifə olaraq qalmaqdadır. Güclü ordumuz ədalətimizin qorunub saxlanmasının zəmanətidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...