İstintaq davam etsə də, Horner “Formula”da iştirak edəcək

İdman
15:47 / 28.02.2024
6903
"Red Bull" komandasının direktoru Kristian Horner Formula 1 Bəhreyn Qran Prisinə qatılacaq.
Sfera.az bildirir ki, bu barədə “Motorsport” məlumat yayıb.
Xatırladaq ki, "Red Bull" Kristian Hornerlə bağlı araşdırma aparır. Bildirilib ki, Horner şirkət işçilərindən birinə qarşı nalayiq davranışda ittiham olunur.
İstintaq başlayandan bəri “Red Bull”dan heç bir rəsmi şərh verilməyib, lakin araşdırmanın nəticələrinin Formula 1 mövsümünün açılışında yarış başlamazdan əvvəl verilə biləcəyi ilə bağlı iddialar var.
Fatimə Lətif