Zaxarovadan Zelenskiyə MESAJ: "Makronun vədi kömək etməyəcək"

Zaxarovadan Zelenskiyə MESAJ:

“Cəbhədəki vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenski üçün fəlakətdir. Fransa Prezidenti Emmanuel Makronun Fransa qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı son bəyanatının ona heç bir faydası olmayacaq”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna bildirib.

 

"Makronun bəyanatının təsiri olubmu? Vəziyyət tam əksinədir. Kiyev rejimi cəbhədə acınacaqlı vəziyyətlə üzləşib və buna heç nə kömək etməyəcək”, - rusiyalı diplomat bildirib.

 

Qeyd edək ki, Makronun bəyanatlarından sonra bir çox NATO rəsmiləri və agentlikləri Ukraynaya qoşun göndərməkdən imtina ediblər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR