"Dehlinin Rusiyadan neft almasına baxmayaraq..." - Hindistan hərbi gücünü BU YOLLA ARTIRIR

Hindistanda aprel və may aylarında parlament seçkiləri keçiriləcək. Hindistanın baş naziri Narendra Modi hakim “Bharatiya Janata” Partiyasının qurultayındakı çıxışında ölkəsinin mövqelərini beynəlxalq aləmdə gücləndirəcəyini vəd edib.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, “Bharatiya Janata” Partiyası 2014-cü il seçkisindən bu yana hakimiyyətdədir:

 

“Bu partiya 542 nəfərlik parlamentdə 323 mandata sahibdir. Dehli bundan sonra da həm Qərb, həm də Rusiya ilə əməkdaşlığı davam etdirmək istəyir. Seçkinin aprel və may aylarında keçirilməsinə baxmayaraq, Modi iyul, avqust və sentyabr aylarında müxtəlif dövlətlərə dəvətlidir. Belə çıxır ki, onu dəvət edən dövlətlər də Modinin parlament seçkisində qələbəsinə əmindirlər. Dehli son illərdə ərəb ölkələri ilə də əməkdaşlığı genişləndirib. Dehlinin Rusiyadan neft almasına baxmayaraq, Hindistan hərbi əməkdaşlıq məsələlərində Qərb ölkələrinə üstünlük verməyə başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin Donanma Baş Komandanı David Isom Hindistanın ABŞ və onun bütün digər tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıqda çox mühüm rol oynayacağını vurğulayıb. David Isom bildirib ki, Hindistan bu beynəlxalq ortaqlıqların qorunmasında həqiqətən mühüm rola malikdir. “Münasibətlər böyüməyə davam edir” deyən yüksək rütbəli amerikalı hərbçi ölkəsinin bölgədə Avstraliya ilə də əməkdaşlığını genişləndirdiyini bildirib”.

 

Politoloq bildirib ki, Hindistan xarici siyasətlə yanaşı hərbi gücünün artırmasını da diqqət mərkəzində saxlayır.

 

“Buna misal olaraq Dehlinin, Hindistanın silahlı qüvvələrinin modernləşdirilməsi və təchiz edilməsi üçün dəyəri 11 milyard dollardan çox olan bir neçə sazişi təsdiqləməsini göstərmək olar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...

Bakıda 4 otaqlı ev tamamilə yandı

Bakıda 4 otaqlı ev tamamilə yanıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, paytaxtın...