Kamildən jurnalistin "Gəncəli Qabil" iddiasına REAKSİYA: "Heç birini tanımıram, gündəmə gəlmək üçün..."

Kamildən jurnalistin

Jurnalist Məhəmmədli Qəribli tanınmış idmançı, fitnes məşqçisi Kamil Zeynallını tənqid edib. Ardınca isə məhz buna görə özünü “qanuni oğru” “Rufo Gəncinski”nin yaxın adamı kimi təqdim edən “Gəncəli Qabil” adlı şəxs tərəfindən hədə-qorxuya məruz qaldığını bildirib. K.Zeynallı isə sözügedən məsələyə reaksiya verib.  

 

Sfera.az bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

 

K.Zeynallı qeyd edib ki, M.Qəribli məhz ondan istifadə edərək gündəmə gəlmək istəyir:

 

“Şikayətin varsa, bunu hüquq-mühafizə orqanlarına bildir. Bu söhbət nədir, bunlar kimlərdir bilmirəm. Amma bu jurnalist mənim başıma gələn işdən istifadə edərək gündəmə gəlməkdən ötrü özünü dəri-qabıqdan çıxardı. “Gəncəli Qabil” də kimdir bilmirəm. Bəlkə də özləri gündəmə gəlmək üçün bu söhbəti düz-qoş ediblər”.

 

K.Zeynallı son olaraq vurğulayıb ki, adıçəkilən şəxslər onun vasitəsilə özlərinə “xal yığmaq” fikrindədirlər.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...