Türkiyənin idxalı kəskin azalıb – SƏBƏB

Türkiyənin idxalı kəskin azalıb – SƏBƏB

Türkiyənin bu ilin yanvarında xarici ticarətində müsbət dəyişikliklər müşahidə edilib. 


Sfera.az xəbər verir ki, cari ilin ilk ayında ixrac 3,5% artdığı halda idxal 22% azalıb. Buna görə də ölkənin xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına nisbətən 56,4% azalaraq 14 milyard 290 milyon dollardan 6 milyard 227 milyon dollara düşüb. 


Yanvarda ixracın idxala nisbəti də yüksəlib. 2023-cü ilin yanvarında ixrac idxalın 57,5% qədərində olduğu halda, 2024-cü ilin yanvarında 76,2%-ə yüksəlib. 


Türkiyənin ticarətindəki müsbət dəyişiklik lirənin ucuzlaşması ilə izah olunur. Lirənin ucuzlaşması əhalinin alıcılıq qabiliyyətini zəiflətdiyindən idxal azalır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR