Ali Məhkəmədən sabiq deputatın cinayət işi ilə bağlı QƏRAR - FOTO

Ali Məhkəmədən sabiq deputatın cinayət işi ilə bağlı QƏRAR - FOTO

Ali Məhkəmə sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə qərar qəbul edib.

 

Sfera.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrlik etdiyi iclasda sabiq deputatın atasından aldığı əmlaka həbs qoyulan zərərçəkmiş Emin Bağırovun kassasiya şikayətinə baxılıb.

 

Zərərçəkmiş tərəfdən verilən şikayət təmin olunmayıb.

 

Qeyd edək ki, zərərçəkmiş E.Bağırov 2008-ci ildə H.Abdullayevin atasından etibarnamə əsasında daşınmaz əmlak alıb. Məhkəmənin qərarı ilə sabiq deputatın cinayət işi üzrə həmin əmlaka həbs qoyulub. Zərərçəkən tərəf apellyasiya şikayəti verib, lakin təmin olunmadığı üçün Ali Məhkəməyə müraciət edib.

 

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

 

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

 

Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...