AZAL-ın təyyarəsi bu şəhərə TƏCİLİ ENİŞ ETDİ - SƏBƏB - YENİLƏNDİ

AZAL-ın təyyarəsi bu şəhərə TƏCİLİ ENİŞ ETDİ - SƏBƏB - YENİLƏNDİ

AZAL-ın Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.

 

Sfera.az bu barədə AZAL-a istinadən xəbər verir.

 

***

 

11:54

 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

 

Sfera.az AZAL-a istinadən xəbər verir.

 

Məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.


OXŞAR XƏBƏRLƏR