Qərbin dəstəyi ilə Azərbaycana hücum PLANLAŞDIRILIR? - "Qəfil bir neçə yüksəkliyi..." + AÇIQLAMA

Qərbin dəstəyi ilə Azərbaycana hücum PLANLAŞDIRILIR? -

Son zamanlar Qərb mediasında anti-Azərbaycan isterikası güclənib. Qərbdə və İrəvanda Azərbaycanın hücuma hazırlaşması haqqında bəyanatlar, “Ermənistana təhdid olan Azərbaycan” təbliğatının genişlənməsinin arxa planında isə müəyyən məqsədlər güdülür.

 

Ekspertlərin fikrincə, əsas məqsədlərdən biri hər iki tərəfin, yəni həm Qərb, həm də Ermənistanın ictimai rəyi planlaşdırdıqları təxribata hazırlamaqdan ibarətdir.

 

Sözügedən təxribat isə birbaşa müharibə deməkdir.

 

Bir neçə gün bundan əvvəl Fransaya səfər edən Ermənistan Baş naziri Nikol Paşinyanın da bu istiqamətdə tədbirlər gördüyü vurğulanır.

 

Ermənistan Qərbin dəstəyi ilə Azərbaycana hərbi hücum planlaşdırır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirdi ki, Qərb öz çirkin məqsədinə don geyindirməyə çalışaraq Azərbaycanı Ermənistana qarşı müharibəyə hazırlaşmaqda ittiham edir:

 

“Bu dəfə Fransa Qərbin “qanlı ssenarisi”ni reallaşdırmağa imza atıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Emmanuel Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır. Müharibəyə hazırlıq istiqamətində əsas addım isə Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Ermənistana ötürülür, fransız hərbçiləri Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçir. Hədəf isə gün kimi aydındır - Ermənistan qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirmək fikrindədir”.

 

Ekspert qeyd edib ki, Qərb Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulmasını, hərbçimizin yaralanmasını, şərti sərhəddə atəşkəsin davamlı pozulmasını, Naxçıvan istiqamətində təxribatlara əl atılmasını görmür, eşitmir:

 

“Yenə lal, kar, kor olublar, çünki bu, işlərinə yarayır. Yaxın vaxtlarda məlum olub ki, Fransa və Ermənistan dövlət təhlükəsizlik nazirləri arasında gizli anlaşma olub. Medianın verdiyi məlumata əsasən, bu anlaşmaya görə, Ermənistan Fransaya, Fransa isə Ermənistana informasiya mübadilə edəcək. Fransa kosmik sahədə inkişafından istifadə edərək kosmosdan hərbçilərimizin, hərbi texnikamızın istiqamətləri, mövqeləri ilə bağlı Ermənistandakı həmkarlarını məlumatlandıra bilər. Təhlükəsizlik məsələsindən başqa, hərbi-texniki əməkdaşlığı da xüsusi vurğulamalıyıq. Həm hücum xarakterli, həm müdafiə xarakterli silahların göndərilməsi, fransız generalın Ermənistanda peyda olması və Qərbin müxtəlif media orqanlarında “Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır” propaqandası ondan xəbər verir ki, Qərbin ayrı-ayrı mərkəzləri Ermənistanla birlikdə müəyyən təxribat hazırlayırlar. Bu həm də o deməkdir ki, Ermənistan Baş naziri revanş haqqında düşünür və müəyyən bir ərazidə erməni hərbçilərini irəlilətmək niyyətindədir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...