Boris Consonun həyat yoldaşı oğluna ikinci əl mağazadan paltar alması ilə öyünür

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun kasıb olmamasına baxmayaraq, həyat yoldaşı Kerri ikinci əl mağazalardan əşyalar almaqdan çəkinmir.
Sfera.az bildirir ki, Kerri bu yaxınlarda İnstaqram hekayəsində kiçik oğlu Frank üçün 1 funt sterlinqə aldığı jaketi paylaşıb.
Fotoda körpənin üzü görünmür, ancaq ön tərəfində oyuncaq ayı olan qırmızı trikotaj sviteri görə bilərsiniz. Xanım Kerri onu “Vinted” ikinci əl geyim saytından alıb.
O fotonu:
"Vinted”dən 1 funt-sterlinqə alınmış ən şirin əl trikotajı"- başlığı ilə paylaşıb.
Qeyd edək ki, Frank Boris və Kerrinin üçüncü övladıdır. 11 iyul 2023-cü ildə anadan olub. Cütlüyün atasının surətinin eynisi olan üç yaşlı oğlu Uilfred və iki yaşlı qızı Romi də var.
Xanım Conson sosial şəbəkədəki səhifəsində tez-tez övladlarının görüntülərini paylaşır. Kerrinin əsas qaydası körpələrin üzlərini heç vaxt kameraya göstərməməkdir.
Consonlar Oksfordşirdəki qəribə bir Brightwell-cum-Sotwell adlı qəsəbədə yaşayır. 3,8 milyon funt sterlinq dəyərində olan II dərəcəli evin 400 ildən çox yaşı var.
Ev beş hektar ərazidə yerləşir. Burada 1150-ci illərdə Kral Stefan tərəfindən tikildiyi güman edilən bir qala da var. Orijinal xəndək keçmiş Normandiya hersoqunun zəngin tarixini qoruyub saxlamaqla yanaşı, evi üç tərəfdən əhatə edir.
Ailənin bundan əlavə ördək gölməçəsi və tərəvəz bağları da var.
Aynil
Sfera.az